Lamiyə sosial iş və sosial tədqiqat üzrə Azərbaycanda, Sosial müdafiə sistemlərinin təhlili və qurulması üzrə Almaniyada təhsil almışdır. Sosial iş təhsilinin və peşəsinin təkmilləşdirilməsi, uşaq müdafiəsi, icma və vətəndaş cəmiyyəti quruculuğu, gənclərin iştirakçılığının artırılması, miqrasiya sahələrində Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya və Almaniyada 10 ilə yaxın təcrübəsi vardır. O, həmçinin BDU və ADMİU-da sosial işi və layihə idarəedilməsini bakalavr və magistr pillələrində tədris etmişdir. Lamiyə Rzayeva-Əhmədli həmçinin layihə yazılması və idarəedilməsi üzrə peşəkar təlimçidir. Layihə yazılması və idarəedilməsi ilə bağlı 7 illik təcrübədən əlavə, o, 1000-dən çox gənc fəal, vətəndaş cəmiyyəti nümayəndələri və dövlət qulluqçularına layihə idarəedilməsi ilə bağlı təlim keçmişdir. Azərbaycan, türk, rus, ingilis və alman dillərini bilir.
Magistr | MA in Social Protection
Magistr | MA in Social Research
Bakalavr | Social work
5
0 rəy